ABŞ-da aktiv neft quyularının sayının çoxalması və İranın ixrac həcmini artırması neftin 1 dollar düşməsi ilə nəticələnib.
İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 milyon barreldən çox nefti ixrac edib. Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barrelə enib.
OPEK-in ikinci ən böyük neft ixracatçısı olan İraq dekabrda gündəlik 3,51 milyon barrel neft ixrac edib. Bu da nefti dünya bazarındakı qiymətinə mənfi təsir edib.
ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd artaraq 529-a çatıb. İllik müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd artıb.
Qeyd edək ki, "Brent” markalı xam neftin bir barreli 1 dollar ucuzlaşıb və hazırda 56,16 dollara satılır./axar.az/
MediaFax