“Neftçi”nin kapitanı jurnalistə əsəbləşdi

Azərbaycan Premyer Liqasının V turunda səfərdə "İnter”lə qarşılaşıb 1:2 hesabı ilə məğlub olan "Neftçi”nin kapitanı Araz Abdullayev jurnalistə əsəbləşib. 

AzNews.az xəbər verir ki, ardıcıl 4 oyunda uduzan "ağ-qaralar”ın kapitanı Araz Abdullayev matçdan sonra ona ünvanlanan suala cavab verməkdən boyun qaçırdıb. Jurnalistin 0:8 hesablı məğlubiyyəti xatırladaraq sual verməsi kapitanın xoşuna gəlməyib.

O, sual verən jurnalistdən normal sual verməsini tələb edib: "Oyuna aid normal suallar verin. Oyun haqqında suallar verin də...”

Görünür "Qəbələ”yə biabırçı məğlubiyyətdən (0:8) sonra növbəti dəfə "bankirlər”ə uduzmaq klub üzvlərinin də əsəblərini pozub./aznews.az/

MediaFax