Neft bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
 
İnvestorlar OPEK və təşkilata üzv olmayan ölkələr arasında əldə olunmuş neft razılaşmasını pozitiv qiymətləndiriblər.
 
Nəticədə, Brent markalı neftin 1 bareli 0,27% bahalaşaraq 56,66 dollara, WTI markalı neftin 1 barel isə 54,09 dollara qədər dəyər qazanıb.
 
OPEK 30 noyabrda Vyanada keçirdiyi icklada neftin sutkalıq hasilatını 1,2 milyon barel azaltmaq barədə razılıq əldə etmişdi./modern.az/

MediaFax