14:42
Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
Neft OPEK-in hasilatı dondurmaqla bağlı keçirəcəyi sammit ərəfəsində 6% bahalaşıb.
İran və Səudiyyə Ərəbistanından verilən nikbin bəyanatlar fonunda 1 barel 50,15 dollara çatıb. Bu 28 oktyabrdan bəri ”qara qızıl” üçün qoyulan ən yüksək qiymətdir./modern.az/
------------
17:15
Dünya bazarında neftin qiyməti bahalaşıb.
İCE London birjasında Brent markalı neft 7,9 faiz bahalaşaraq barelli 51,7 dollar olub.
Qeyd edək ki, sonuncu dəfə neftin qiyməti bu ilin oktyabrın 28-də 51 dollar səviyyəsinə çatmışdı./qafqazinfo.az/