Neçə qız uşağına gül adı verilib? - Siyahı

Son beş ildə Azərbaycanda doğulan qız uşaqlarına müxtəlif güllərin adının verilməsi geniş yayılıb.

Ədliyyə Nazirliyindən saytımıza bildirilib ki, qız uşaqlarına verilən adlar arasında Nərgiz, Lalə çoxluq təşkil edir.

2016-cı il ərzində 445 körpəyə Nərgiz adı verilib. Ümumilikdə isə son beş ildə 2591 körpə qız uşağına Nərgiz adı qoyulub.

Son beş ildə valideynlər 1782 körpəyə Lalə (ötən il 270), 300-ə (2016-cı ildə 44) Yasəmən adı veriblər.

Eyni zamanda, son beş ildə doğulan 425 qız uşağına Çiçək, 212-ə Banuçiçək, 185-ə Bənövşə, 86-a Gülbahar, 75-ə Qızılgül, 46-a Qərənfiladı qoyulub.

Bundan başqa qızlara verilən adlar arasında Laləzər, Laləzar, Laləxanım, Lalənur, Laləxatun, Laləgül, Lalə Coya, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə, Bənövşəxanım, Gülşahnaz, Gülşah kimi adlar da geniş yayılıb./report.az/

MediaFax