Necati Şaşmaz onları məhkəməyə verdi

"Pana Film"in sahibləri Necati Şaşmaz və Mehmet Canpolat "Kurtlar Vadisi Pusu" haqqında əsassız ittihamlar səsləndirən Nihat Doğan və Ömür Varolu məhkəməyə veriblər.

Türkiyə mətbuatının məlumatına görə, ümumilikdə 5 nəfərdən şikayətçi olan ikili "Söylemezsem Olmaz" adlı proqramda "Kurtlar Vadisi Pusu"nun bəzi səhnələrinin yanlış şərh edilməsi ilə yanaşı təhqir olunduqlarını bildiriblər.

İddinamədə Şaşmaz və Canpolat proqramda bu haqda danışan şəxslərin birbaşa onların adını çəkərək təhqir etdiklərini qeyd ediblər. Ərizədə serialda hər zaman FETÖ-nün əməliyyatlarını xalqa göstərdiklərini, iddiaların əsassız olduğu, məsuliyyət daşıyan bütün şəxslərdən şikayətçi olduqları yazılıb.

Bu mənada qarşı tərəfdə yer alan Bircan İpek, Cihad Zembat, Gülşah Saraçoğlu, Nihat Doğan və Ömür Varolun onlara atdığı iftira və təhqirə görə 1 il 9 ay 15 gündən 8 il 4 aya qədər həbsləri tələb edilib./axşam.az/

MediaFax