Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirmədə sıfır bal toplaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov saytımıza bildirib ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub.
"Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 faizdən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb",-C.Valehov deyib./virtualaz.org/
MediaFax