Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir.
15 fevral-Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günündə bütün diqqət xərçəng xəstəsi olan uşaqların problemlərinə yönəldilib.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumatda deyilir ki, uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərdən çox fərqlidir və əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalara daha çox rast gəlinir. "Bunlar mərkəzi sinir sisteminin şişləri və limfomalarda tez-tez rast gəlinən xəstəliklərdir. Digər bədxassəli şişlər-nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faizi təşkil edir. Böyüklərdə təsadüf edilən xərçəng xəstəliklərinə (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları Uşaq Onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür”,-xəbərdə bildirilir.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkoloji Klinikası fəaliyyət göstərir.
Nazirliyin təşəbbüsü ilə Uşaq Onkologiya Klinikası və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri 28 Mall Ticarət Mərkəzində maarifləndirici aksiya keçirəcək. Uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında məlumatlar veriləcək./virtualaz.org/
MediaFax