Nazirin Vyana səfəri ləğv olundu

Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanaya səfərini ləğv edib.
 
Bu barədə saytımıza Energetika Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, buna səbəb Vyanada keçirilməsi planlaşdırılan OPEK üzvlərinin və kartelə daxil olmayan ölkələrin görüşünün ləğv edilməsidir.
 
Ötən gün məlum olub ki, Səudiyyə Ərəbistanı görüşdə iştirak etməyəcək. Bu, toplantının ləğv edilməsinə səbəb olub./modern.az/

MediaFax