Nazir postunu itirmiş Ziya Məmmədovu nə gözləyir?

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv edilərək əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı.
 
Prezident Ramin Quluzadəni yeni yaradılan quruma naziri təyin etdi. Bununla da 15 il nazir işləyən Ziya Məmmədov vəzifədən uzaqlaşdırıldı.

Bizimxeber.az sərəncamdan irəli gələn bir neçə məqama diqqət çəkib. Əslində hökumət daxilində belə bir dəyişiklik çoxdandı gözlənilirdi. İlk olaraq səlahiyyətləri əlindən alınan Ziya Məmmədov tamam siyasi komandadan uzaqlaşdırıldı.
 
"Bu barədə hələlik dəqiq fikir söyləmək çox tezdir” kimi məqamları yaddan çıxarmaq lazım deyil. Hərçənd ki, xırda nüanslar da var.

İndi əksəriyyətdə belə düşüncə var ki, Ziya Məmmədova yüksək vəzifə veriləcək, yaxud o vitse-prezident olacaq. Lakin aşağıda sadalananlar bunların heç birinin olacağını demir.

Fevralın 17-də Ziya Məmmədovun Şirvanda Salyan və Neftçala sakinlərini qəbul edəcəyi ilə bağlı xəbər yayılır və bir neçə saat sonra vəzifədən uzaqlaşdırılır.
 
Deməli, Ziya Məmmədov sərəncamdan xəbərsiz olub.

Sərəncamdan sonra mətbuata verdiyi açıqlamada çaşqınlıq içində olduğunu gizlətməyən Ziya Məmmədov bir daha bu hərəkətləri ilə xəbərsiz olduğunu təsdiqləyib.

Əgər Ziya Məmmədova hansısa vəzifə veriləcəyi vəd olunsaydı o zaman belə çaşqınlıq yaşamazdı. Bütün bunlar deməyə əsas verir ki, Ziya Məmmədovu daha heç bir və da ciddi vəzifə gözləmir.

Və ya əksinə… Nəzərə alsaq ki, Ziya Məmmədov hakimiyyətə sadiqliyi ilə həmişə seçilib. Uzun illər korrupsiyalaşmış quruma rəhbərlik etsə belə nazir kimi xidmət göstərib, ciddi layihələrin işlənməsinə rəhbərlik edib. Məsələn, Eldar Mahmudovdan fərqli olaraq Ziya Məmmədovun uzaqlaşdırılması ciddi hadisə şoku yaratmadı. Hətta bəzi mətbu orqanlar bu xəbəri səliqəli dərc etdi.

Bir sözlə, Ziya Məmmədov üçün Nəqliyyat nazirliyi erası bitdi.  Qarşıda nələr olacağını isə söyləmək çətindir.

MediaFax