Nazarbayevin yenə xalqa sözü var

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar ertəsi axşam respublika telekanallarının efirində növbəti xüsusi bəyanatla çıxış edəcək.

Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Bu gün saat 21.00-da respublika telekanallarının efirində dövlət başçısının xüsusi bəyanatı gözlənilir", — deyə xəbərdə qeyd olunub.

Xəbərdə bəyanatın mövzusu dəqiq göstərilməyib.

Xatırladaq ki, keçən həftə Qazaxıstan lideri artıq xalqa müraciətlə çıxış edib və dövlət idarəetməsində genişmiqyaslı islahatlar haqda elan verib./virtualaz.org/

MediaFax