Qazaxıstan prezidenti Nursultan Nazarbayev övladlarından heç birini varisi etmək üçün hazırlaşmadığını bəyan edib.
O bunu "Bloomberg” agentliyinə müsahibəsinə deyib.
"Mən övladlarımın varisliyi məsələsini fikirləşmirəm. Düşünürəm ki, bu, bizim üçün deyil. Bizdə hakimiyyətin başqasına keçməsi məsələsi Konstitusiyada yazılıb”, - Nazarbayev vurğulayıb.
Prezident onu da qeyd edib ki, özünü tamamilə güclü və enerjili hesab edir və 2020-ci ilə qədər işləməyə hazırlaşır.
"Sizinlə 2020-ci ildə görüşərik”, - Nazarbayev jurnalistlərə deyib./modern.az/
MediaFax