Qazaxıstan prezidenti Nursultan Nazarbayev Konstitusiyaya dəyişikliklər üzrə referendumdan imtinanın səbəbini izah edib.
365info.kz saytı xəbər verir ki, prezident öz mövqeyini ölkə parlamentinin palatalarının birgə iclasında çıxışı zamanı dilə gətirib.
Qazaxıstan prezidenti hesab edir ki, islahat hakimiyyətin əsaslarına toxunmur və buna görə də referendumun keçirilməsinə ehtiyac yoxdur.
"Prezident Konstitusiya dəyişikliyi üzrə qanun layihəsini müzakirədən sonra referenduma və ya parlamentə göndərə bilərdi. Nəzərə alaraq ki, islahatda dövlət sisteminin əsas hissəsi dəyişmir, hüquqlar və insan azadlıqlarının əsas tərəflərinə toxunulmur. Buna görə də böyük xərclər və insan resursları ilə referendum keçirməyə ehtiyac yoxdur. Mən ikinci variantı, yəni təklif olunan dəyişiklikləri sizin müzakirənizə vermək barədə qərar qəbul etdim”, – prezident bildirib.
Qeyd edək ki, Qazaxıstan prezidenti dünən Konstitusiyaya dəyişikliklər üzrə referendumdan imtina edib. O, öz qərarını hakimiyyətin qanadları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi məsələləri üzrə İşçi qrupunun iclasında açıqlayıb.
Xatırladaq ki, prezident Qazaxıstan Konstitusiyasına dəyişikliklər haqqında niyyətini 15 dekabr 2016-cı ildə elan edib. O, təşəbbüsü hakimiyyətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi ehtiyacı ilə əsaslandırıb. Düzəlişlər Konstitusiyanın 18 maddəsini əhatə edir.
Prezident idarəçiliyi isə dəyişməz qalır./bizimxeber.az/
MediaFax