Nazarbayev işə qayıtdı

Soyuqdəymədən müalicə alan Qazaxıstan prezidenti Nursultan Nazarbayev sağalıb və artıq iş başındadır.

"Tengrinews.kz” xəbər verir ki, Nazarbayev bu gün ölkənin baş prokuroru Jakip Asanovu qəbul edib.

Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar planlaşdırılan Azərbaycan və Ermənistan səfərindən imtina edib./azvision.az/

MediaFax