NATO üzvləri hər hansı bir hərbi müdaxilənin vəziyyəti daha da gərginləşdirəcəyinə inanır.
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın "Bild” qəzetinə müsahibəsində deyib.
Norveçli siyasətçinin sözlərinə görə, NATO-nun Suriyaya müdaxiləsi indiki vəziyyətdə məqbul görünmür:
"İttifaq Suriyada davam edən müharibəyə müdaxilə etmir. Çünki müdaxilə etsək, vəziyyət bir qədər də mürəkkəbləşə bilər. Suriyada qorxunc insan fəlakəti yaşanır, bunu bilirik. Ancaq bəzən hərbi addımlar faydadan çox zərər gətirir. Suriya mövzusunda NATO üzvü olan ölkələr bu qənaətdədir”./axar.az/
MediaFax