NATO Polşanın Rusiya ilə həmsərhəd ərazilərində çoxmillətli batalyonların yerləşdirilməsinə başlayıb.
Bu barədə məlumatı Polşanın müdafiə naziri Antoniy Maçereviç deyib.
"Onların dislokasiyası artıq başlayıb. Yanvarda dəqiq yekunlaşacaq”.
Gözlənilir ki, Polşaya 1000 nəfəri ABŞ hərbçisi olmaqla 1200 NATO zabit və əsgəri gələcək.
Bundan öncə, Rusiya bu hərəkətlərə cavab addımları atacağını elan etmişdi./modern.az/