Narkotiklə mübarizə üzrə şöbə rəisi narkodiler çıxarsa...

Helsinki polisinin narkotik ticarəti ilə mübarizə üzrə keçmiş şöbə rəisi Yari Aarnio 10 il müddətinə həbs cəzasına məhkum edilib.
 
"Euronews" xəbər verir ki, o, narkotik alveri ilə bağlı 20-dən çox, o cümlədən 5 ağır cinayət törətməkdə təqsirkar bilinib.

Həmçinin, istintaq müəyyənləşdirib ki, 5 il əvvəl Y.Aarnio vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Finlandiyaya 800 kq həşiş tədarükünü və onun ölkə daxilində paylanmasını təşkil edib./report.az/

MediaFax