Bu gün səhər saatlarında Abşeron rayon Saray qəsəbəsinin "Üzümlük” massivində etiraz aksiyası keçirilib.
Sakinlərin narazılığına səbəb evlərinə mavi qazın verilməməsidir.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, bu barədə aidiyyatı qurumlara dəfələrlə məlumat versələr də, heç bir faydası olmayıb. Onlar Bakının 5-10 addımlığında yerləşən qəsəbəyə qaz verilməməsinin səbəbini anlamadıqlarını bildiriblər.
Magistral yolu bağlamağa cəhd edən sakinlərin qarşısı polislər tərəfindən alınıb. Sakinlər isə problemlərinin həll olunmayacağı təqdirdə, etiraz aksiyalarını davam etdirmək fikrindədirlər./bakipost.az/
MediaFax