Xalq artisti Aygün Kazımova bir vaxtlar yaxın münasibətdə olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı açıqlama verib.
Müğənni N.Qaraçuxurlunun ondan ayrılandan sonra onun mal-mülkünü sahiblənməsi xəbərini təsdiqləyib. İfaçı depressiyaya düşməsinin əsas səbəbinin bu olduğunu inkar etməyib.
A.Kazımova belə bildirib:
"Bu söhbəti Ranar Musayev efirdə dedi. Bilirəm ki, bəzi dostlarım öz arasında bu məsələni bölüşüb. Düşünürəm ki, bu dostların xoşniyyətli söhbəti olub. Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm"./axşam.az/
MediaFax