Müsavat başqanı və Milli Şuranın üzvləri “Bandotdel”ə çağırıldı

Bu gün Müsavat başqanı Arif Hacılı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Oqtay Gülalıyev, Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.
 
A. Hacılı dəvətin son vaxtlar respublikada radikal dini cərəyanların fəallaşması ilə bağlı olduğunu bildirib: "Təxminən idarənin rəhbərliyi ilə 20 dəqiqəlik görüşüm oldu. Son vaxtlar respublikada bəzi radikal dini cərəyanların fəallaşması, həmin cərəyanların Azərbaycana dost olmayan mərkəzlər tərəfindən idarə edilməsi və bu halların onlarda narahatçılıq doğurduğunu bildirdilər. Onlar bu narahatlığı bizimlə bölüşməyə ehtiyac duyduqlarını dilə gətirdilər. Partiya üzvlərinin bu kimi cərəyanlara qoşulmamaları barədə xəbərdarlıq etdilər”.
 
Milli Şuranın Koordinasiya Mərkəzinin Gözəl Bayramlı isə bildirib ki, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması "facebook" paylaşımları ilə bağlı olub./APA/

MediaFax