Müğənninin evindən oğurluq edən ələ keçdi

Azərbaycanlı müğənni Niyam Salaminin evinə girən oğru həbs edilib.

Bu barədə ifaçının özü danışıb. O, bildirib ki, uzun sürən axtarışlardan sonra cinayətkar həbs edilib: "Nəhayət evimdən oğurluq edən şəxsi bu yaxınlarda həbs edildi. Sən demə oğurluq edən şəxs, evimin rəssamlıq işlərini görən adam imiş. Mən də evin açarını ona etibar edib, getmişəm pul qazanmağa. Yaşadığım ev, Xırdalanda təzə binada yerləşirdi. Elə qonşunun balkonundan digər evə keçmək olurdu. Evimdə nə var idisə, hamısını oğurlamışdı. Video-kamera, 5-dən çox kəmərimi, gödəkçələrimi və digər əşyalarımı. Cinayətkarın bu ilk etdiyi hadisə deyilmiş”.

N.Salami daha sonra bildirib ki, artıq oğurluq hadisəsi olan evdə yaşamır. Başqa mənzilə köçüb./lent.az/

MediaFax