Müğənni Təranə Qumral həmkarı Nazəninə məhkəmədə uduzması barədə açıqlama yayıb.
İfaçı sosial şəbəkədə məsələyə münasibət bildirib, qarşı tərəfin sübutlarının olmadığını qeyd edib.
"Bu pulları qəpik-qəpik yığmışam. Hələ də yığmaqda davam edirəm. Əgər qarşı tərəf məhkəməni udsa, onlara verəcəyəm. Amma onların sübutları yoxdur. Özləri deyib, özləri də inanıblar. Neyləmək olar. Odur ki, işimi ehtiyatlı tutmuşam. O vaxta qədər Allah kərimdir, bəlkə qəpiklərin sayı 3 minə çatdı”.
Qeyd edək ki, bir müddət əvvəl Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Vəkili Adəm Məmmədov bildirib ki, qərara görə, T.Qumral qarşı tərəfə 3 min manat təzminat ödəməli, həmçinin efirdə onlardan üzr istəməlidir./qafqazinfo.az/
MediaFax