Müğənni Sevda Yəhyayeva rol aldığı "Sən olmayanda” serialındakı geyimlərinə görə tənqid olunmasına münasibət bildirib.
Açıqlama verən ifaçı deyib ki, sözügedən geyimlər serialın çəkiliş heyəti tərəfindən seçilir: "Serial çəkilişi yaxşı gedir. Çəkilişlərin bu qədər çətin olduğunu bilmirdim. Çox yorğun və yuxusuzam. Kənardan baxanda çox asan görünür. 2-3 saat yatmaq mənə möcüzə kimi gəlir. Gözəl komanda ilə çalışıram. Çəkiliş heyətini orada tanıdım, artıq hamısı mənə doğma olub. Canlandırdığım Aynur çətin anlar yaşayır. Belə baxıram ki, onun axırı yaxşı olmayacaq. Geyimlərim tənqid oluna bilər. Mən orada Aynurun həyatını yaşayıram. Mənə nə geyindirsələr, razılaşıram. Geyim seçimi mənə verilsəydi, elə geyinməzdim. Serialın çəkiliş heyəti elə tələb edir. Mən Sevdanı deyil, Aynuru canlandırıram. Yəqin, Aynur elə görünməlidir”.
Müğənni toyu olacağı barədə verdiyi açıqlamaya da aydınlıq gətirib: "Toy olacaq, amma dəqiq vaxtını bilmirəm. Bilirsiniz ki, şəxsi həyatım haqda danışmağı sevmirəm. Hər şey qismətdən asılıdır. Allah hamıya gözəl həyat qismət etsin, xanımlarımız xoşbəxt olsun”./musavat.com/
MediaFax