Müğənni ilə idmançının işbirliyi - Video

Müğənni Sevda Yəhyayeva Azərbaycan milli komandasının və "İnter” klubunun futbolçusu Ruslan Abışovla birgə çəkdirdiyi klipi təqdim edib.

Ekran işi "Milli mətbəximiz” adlı mahnıya çəkilib.

S. Yəhyayeva təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib: "Bu dəfə özbək mahnısına klip çəkdirmişəm. Sonuncu dəfə 2011-ci ildə bu cür klip təqdimatı keçirmişdim. Layihənin rejissoru Anar Hüseynovdur.

Heç kəs bugünə qədər milli mətbəxlə bağlı layihə ərsəyə gətirməmişdi. Bütün maliyyə məsələsini özüm həll edəndən sonra Ruslana müraciət etdik. Bu klipim digərlərindən fərqlidir, seçilir. İnanıram ki, seviləcək”./qafqazinfo.az/


MediaFax