Müğənni arvadını döydü - Foto

Türkiyəli müğənni Mustafa Topaloğlu 18 illik həyat yoldaşını vəhşicəsinə döyüb.

Türkiyə mətbuatı xəbər verir ki, iki uşağının atası tərəfindən döyüldüyünü söyləyən Dərya Topaloğlu fotolarını "Instagram" hesabında paylaşıb.

"Topaloğlundan qadına şiddət" başlığı ilə yazı paylaşan Dərya gözündən ciddi zədə aldığını bildirib:

"Bütün tanışlarımın bilməyini istədiyim bir hadisə yaşadım. Məni bu hala 18 yaşımdan 33 yaşıma qədər yanında olduğum və iki övlad verdiyim Mustafa Topaloğlu gətirdi. Rəfiqələrimlə oturduğum kafeyə daxil oldu və birdən birə, sorğu-sualsız gözümə yumruq vurdu. Gözümün orbit sümüyü qırıldı. Çox ağır bir əməliyyat keçirmişəm, hal-hazırda ailəmin yanındayam. Məni həmişə döyürdü, amma bununla artıq evliliyimizi bitirdi. Belə bir dəhşəti heç kimə arzulamıram", - deyə o, bildirib./axşam.az/
 


MediaFax