Mübariz Mənsimova kirayə verdiyi tankerləri SATDI

"BMZ Denizcilik" şirkəti mülkiyyətində olan 5 gəmini satıb.
 
"APA-Economics" "Deniz" agentliyinə istinadən xəbər verir ki, söhbət kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan tankerlərdən gedir.
 
Gəmilər "BMZ Denizcilik" şirkətinin mülkiyyətində olsa da, Maltada fəaliyyət göstərən "Oil Transportation & Shipping" şirkətində qeydiyyatdadır.
 
Satılan "Begim Aslanova" tankeri satıldıqdan sonra "Caminero", "Poet Qabil" "Blue lake Star", "Armada Fair" "Milagress", "Armada Breeze" isə "Prover" adlandırılıb. "Mecid Aslanov" tankerinin adı isə hələlik dəyişməyib, lakin bu prosedur gələn həftə başa çatacaq. Sonuncunun Rusiyada qeydiyyatdan keçən şirkət tərəfindən əldə olunduğu bildirilir.
 
Maraqlıdır ki, sözügedən tankerlər satışadək azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" şirkətlər qrupuna kirayə verilib.
 
Qeyd edək ki, "BMZ Denizcilik" şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan, qardaşı Mustafa Ərdoğan və bacısının həyat yoldaşı Ziya İlgen tərəfindən təsis olunduğu iddia olunur.

MediaFax