Müasir texnologiya qızı həyata qaytarıb.
17 yaşlı Şenon Makey radioterapiyanın son seansını keçməli idi, bununla o, beynindəki xərçəng xəstəliyindən tamamilə sağalacaqdı.
Lakin, prosedurdan bir gün öncə, yuxuda insult keçirib. Bu səbəbdən qızın bütün bədəni iflic olub.
"Mən xatırlayıram ki, səhər oyananda tərpənə bilmirdim, bədənim sözümə baxmırdı. Mən yataqdan qalxa bilmirdim. Buna səbəb gecə keçirdiyim insult idi” - Şenon BBC-ə verdiyi müsahibəsində belə deyib.
Fizioterapiya prosedurları belə xəstələr üçün ənənəvi üsuldur. Lakin, Şenon bununla yanaşı, həm də virtual reallığın köməyi ilə xüsusi qeyri-kommersiya tipli tibbi mərkəzdə yerləşən virtual reallıq zalına da baş çəkib. Həmin zal vasitəsilə 17 yaşlı qız yenidən hərəkət etməyi, gəzməyi öyrənib.
Bununla da o, yenidən əvvəlki həyatına qayıtmağı bacarıb./aznews.az/
MediaFax