Motosikletli polisi vurub aradan çıxdı

Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi "Yamaha” markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən "Mersedes-Benz” markalı avtomobillə vurulub.

Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar aparılır./report.az/

MediaFax