Mosulu dağıdırlar: ürək parçalayan FOTOLAR

Bu gün Iraq ordusu İŞİD-in işğalında olan Mosul şəhərinin azad olunması istiqmətində hərbi əməliyyatı yenidən başlayıb.

Strateq.az xəbər verir ki, əməliyyatla yanaşı, Mosuldan acınacaqlı vəziyyətdə qaçan ailələrin fotoları da dünya mediasının gündəmini zəbt edib.

Məlumatda bildirilir ki,  İraq ordusu bu gün Mosulun qərbindən şəhərə üç ayrı istiqamətdən hücuma keçib. İŞİD terroristləri İraq ordusuna həddən artıq güclü müqavimət göstərir. Amma buna baxmayaraq, Mosulun qərbi hissəsinin böyük hissəsi terrorçulardan təmizlənib. Şəhərdə xeyli dağıntı və ölənlərin olduğu bildirilir. 

Məlumata görə, hələ də əməliyyat davam edir. Hazırda Iraq əsgərləri Mosulun qərb istinqamətindən çətinliklə də olsa, şəhərin içinə doğru irəliləyir.

Buna paralel olaraq, şəhərdəki dinc əhali kütləvi şəkildə savaş ərazilərini sürətlə tərk etməyə məcbur qalıb. Bu gün savaşın şiddətləndiyi ərazidən qaçan dinc əhalinin çəkilən görüntülərindən aydın görünür ki, insanlar hətta üst paltarlarını geyinmədən qaçıb, İraq ordusunun nəzarətindəki ərazilərə sığınmağa çalışırlar. 

İraq əsgərləri isə şəhərdən qaçan ailələri "canlı bomba" qorxusundan ciddi yoxlayaraq, təhlükəsiz ərazilərə buraxır. Doğrudur, bəzi sakinlərin təhlükəsiz əraziyə daha tez keçmək üçün üst paltarlarını çıxarıb, elə qaçdığnı deyənlər də var.

Həmin acı mənzərəni əks etdirən fotilardan bəzilərini təqdim edirik:
 












MediaFax