İŞİD terror qruplaşmasının nəzarətində olan İraqın Mosul şəhərinin Əl-Cadila rayonu bombalanıb.
"Reuters” xəbər verir ki, hadisə nəticəsində təxminən 30 yerli sakin həlak olub.
Şahidlərin sözlərinə görə, azı 3 raket atılıb. Hədəf isə İŞİD-in liderlərindən biri olan Harbi Abdel Qaderin evi olub. Terror təşkilatının lideri evində olmasa da, qohumlarından bir neçəsi ölüb.
Qeyd edək ki, Mosul əməliyyatı 2016-cı il oktyabrın 17-də başlayıb./qafqazinfo.az/
MediaFax