Moskvada rüşvətin məbləği artıb - Açıqlama

Keçən il Moskvada müəyyən edilən korrupsiya cinayətlərinin sayı 17% artıb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Baranov söyləyib. O, Moskvada rüşvətin orta məbləğinin 2 milyon rubla qədər artdığını bildirib:

"Keçən il Moskvada iqtisadi sahədə 8800 cinayət hadisəsi müəyyən edilib. Üstəlik, Moskvada rüşvətin orta məbləği 2,5 dəfə artıb”./axar.az/

MediaFax