Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə havanın temperaturunun mənfi 35-dək düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə TASS Rusiya FHN-ə istinadən məlumat yayıb.
Yanvarın 7-8-də gecə saatlarında güclü şaxta gözlənilir.
Xəbərdarlıqda deyilir ki, belə havada yaşayış evlərində, inzibati binalarda yanğınların, şəhərin təminatı ilə məşğul olan kommunal və enerji sistemlərində qəzaların baş vermə ehtimalı artır. Bu da öz növbəsində sənaye müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
Moskvalılara və qonaqlara küçələrdə uzun müddət qalmamaq, sükan arxasında olanlara isə uzaq səfərlərə çıxmamaq tövsiyə edilir./APA/
MediaFax