Mişelin modelyeri yeni birinci ledi ilə işləməyəcək

ABŞ-ın birinci ledisi Mişel Obama ilə işləyən geyim dizayneri Sofi Telle yeni birinci ledini boykot edib.

Bununla bağlı tvitter hesabında açıq məktub paylaşan dizayner yeni seçilmiş prezident Donald Trampın xanımı üçün geyim hazırlamaqdan imtina etdiyini qeyd edib.

Məktubda bildirilir ki, Sofi Telle brendi istənilən diskriminasiyaya qarşıdır və bütün həmkarlarını Melaniya Trampla işləməməyə çağırıb./qafqazinfo.az/

MediaFax