Milyonlarla insan küçələrə çıxdı - FOTOLAR

Cənubi Koreyada milyonlarla insan prezidentin istefasını tələb edir.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyanın prezidenti Park Geun-Hyo-nun vacib dövlət yazışmalarını dostuna sızdırması ölkəni qarışdırıb. Parkın dostu Çoi Soon-Sil-in heç bir rəsmi vəzifəsi olmamasına rəğmən prezidentin danışıqlarını yazdığı və dövlət siyasətini idarə etməsi iddia olunur.

Parkın Cənubi Koreyada gələn il keçiriləcək seçkilərdən əvvəl reytinqinin yüksək dərəcədə azaldığı bildirilir.  Ölkənin hər tərəfində Parkın istefasını istəyən xalq bir aydan artıq müddətdir ki, hər şənbə günü etiraz aksiyası keçirirlər.
 




MediaFax