Milyarder Ukraynadakı zavodlarını bağladı

Ukraynalı milyarder Rinat Əhmədov Donetskdəki Yenakiyevsk Metallurgiya Zavodu və Luqanskdakı Krasnodonuqol Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini dayandırıb.

Əhmədovun belə addım atmasına Donbasa gedən dəmiryollarının qapadılması səbəb olub. Məhz bunun ucbatından zavodun məhsullarının daşınması mümkün olmur.

Qeyd edək ki, hər iki müəssisə Donbasda Kiyevin nəzarət etdiyi bölgədə yerləşir.

Rinat Əhmədov Ukraynanın ən varlı şəxsi sayılır. Onun sərvəti 2,3 milyard dollardır./axar.az/

MediaFax