Milyarder nazir postundan imtina etdi

ABŞ-da 20 yanvar tarixində yeni prezident Donald Trampın inauqurasiya mərasimindən sonra yeni administrasiya qurulur.
 
Milyarder Vinsent Viola ABŞ-ın ordu nazirliyi postundan imtina edib. Bu barədə Pentaqondan məlumat verilib.

Məlumatda deyilir: "Müdafiə naziri Ceyms Mettis məyus olub, amma o, mister Violanın seçimini başa düşür və hörmətlə yanaşır".

Eyni zamanda bildirilir ki, Mettis qısa müddətə yeni namizədi təqdim edəcək. Viola isə ailə biznesini tərk etmək istəmədiyi üçün nazir postundan imtina edib.

Qeyd edək ki, Donald Tramp Violanın namizədliyini dekabr ayında irəli sürmüşdü./ölkə.az/

MediaFax