Millimizin hücumçusunu cəza gözləyir - Foto

Milli komandamızın və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmazı ciddi cəza gözləyir.
 
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, Superliqanın 21-ci turunda "Kayserispor" - "Bursaspor" (2:0) matçının 19-cu dəqiqəsində rəqibə qarşı bilərəkdən kobudluq etdiyi üçün qırmızı vərəqə ilə  meydandan qovulan hücumçu ciddi cəzalandırılacaq.

Qeyd edək ki, Dəniz Yılmaz "Kayserispor"la oyundakı davranışına görə "Bursaspor"un əsəs komandasından kənarlaşdırılıb./qol.az/
 


MediaFax