Azərbaycan millisi dünən növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.
UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.
Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 12-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.
Ev oyunundakı 3 xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib. Yığmamızın turu zirvədə bitirməsi üçün Almaniya millisi Çexiya qarşısında xal itirməlidir.
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
C qrupu
II tur
8 oktyabr
Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 12
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
2-0 |
6 |
2 |
Almaniya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
3 |
Çexiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
4 |
Ş.İrlandiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
5 |
San-Marino |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
6 |
Norveç |
2 |
0 |
0 |
2 |
0-4 |
0 |
MediaFax