14:06
Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.
Kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "SabunçuSpor” klubuna çıxış ediblər.
Senan Nike əvvəllər "SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.
Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb. Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb./apasport.az/
----------
17:03
AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu kamerunlu futbolçuların ölüm xəbərini şərh edib.
"Bu futbolçuların ölüm xəbərini böyük hüznlə qarşıladıq. Həmin oyunçular barədə bizdə hər hansı məlumat yoxdur. Həvəskar olublar və AFFA-da qeydiyyatdan keçməyiblər”, - M.Nərimanoğlu deyib./virtualaz.org/