"Qarabağlı... Çoxları deyir ki, Zamiq kef edir, var-dövlətin içindədir”.
Bu sözləri Zamiq Hüseynov sosial şəbəkədə yazıb.
Müğənni onu tənqid edənlərə cavab verib. Hüseynov bildirib ki, metro qarşısında qələm satan işləyib:
"Siz bilirsiz ki, Zamiq uşaq vaxtı nələr çəkib? 11 yaşında Füzulidən gələndə metro qabağında qələm satmışam, ailəmi dolandırmışam. 10 yaşımdan bəri atamdan bir qəbik belə almamışam. Bu insan haqqında necə belə deyə bilrisiz?
Əgər bu gün yaxşıyamsa, o günlərin zəhməti var. Allah xalqımızı uca etsin, mən sizin sayənizdə bu yerlərə gəlmişəm”./qafqazinfo.az/
MediaFax