Bu ilin sentyabr ayından "Azadlıq” qəzetinin nəşri dayandırılıb. Bəs hazırda qəzetdə vəziyyət necədir?
Modern.Az xəbər verir ki, "Azadlıq” qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyevin sözlərinə görə, heç bir yenilik yoxdur.
""Azadlıq” qəzetinin nəşri sentyabr ayından etibarən dayandırılıb. O zamandan sonra heç bir dəyişiklik olmayıb. Qəzetin buraxılmasına imkan verilmir. "Qasid” firması bizə olan borcunu ödəmir, bu da bizə çətinlik yaradır. "Qasid” firması rəsmi şəkildə təsdiq etmişdi ki, bizə 69 min manat borcu var. Amma maliyyə durumunun zəif olmasını əsas gətirərək borcu ödəmir. Bunun nəticəsində də bizim nəşriyyata küllü miqdarda borcumuz yarandı. Qəzeti nəşr etmək üçün əlimizdə heç bir imkan yoxdur. Biz bu müddət ərzində çalışmışıq, Mətbuat Şurasına müraciət etmişik. Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə kömək etmək üçün bəzi vədlər vermişdi amma heç bir nəticə olmadı”.
MediaFax