"Barselona” klubun direktoru Pere Qratakosu vəzifəsindən qovub.
Bu barədə klub saytından açıqlama verilib.
Belə ki, Qratakos müsahibələrindən birində Messi haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün işindən kənarlaşdırılıb.
"Barselona” tək Messidən ibarət deyil. O çox vacib oyunçudur, ancaq qələbəni bütün komanda qazanır. Neymar, Suarez, İnyesta, Pike və digər oyunçular olmasa, Messi bu qədər yaxşı ola bilməzdi” – bu sözlər direktorun başına bəla olub.
Klub rəsmi saytından verdiyi açıqlama bildirib ki, qovulmanın əsas səbəbi Qratakosun klubun mənafeyinə uymayan sözlər danışmasıdır./apasport.az/
MediaFax