Məşhur serialla bağlı Xəbər var

Ən reytinqli seriallardan biri olan "Vatanım sensin" bu həftə yayımlanmayacaq.
 
Türkiyə mətbuatının məlumatına görə, serialın prodüseri bu barədə açıqlama verib.

O, çəkilişlərin başa çatdırılmaması səbəbindən serialın bu gün efirə getməyəcəyini bildirib.

Digər tərəfdən isə həm "Survivor" yarışmasının, həm də "Beşiktaş"-"Hapoel" futbol qarşılaşmasının eyni gündə yayımlanması reytinqlərə təsir etdiyi üçün "Kanal D"nin serialı bu həftə dayandırdığı iddia edilir.

"Vatanım sensin"in növbəti seriyası martın 2-də efirə gedəcək.

Qeyd edək ki, bu yayım siyasətini kanal daha öncə də tətbiq etmişdi. Belə ki, "Aşk-ı Memnu" və "Kurtlar Vadisi Pusu" serialları da futbol oyunları zamanı yayımlanmırdı./axşam.az/

MediaFax