Banqladeşdə yayımlanan və reytinqdə birinci olan "Muhteşem yüzyıl” serialı yerli aktyor və rejissorların etirazına səbəb olub.
Ölkə seriallarını geridə qoyan Türkiyənin tarixi layihəsi incəsənət nümayəndələrini narahat etməyə başlayıb.
Ötən ildən yayımlanmağa başlayan ekran işinin yayımdan qaldırılması ilə bağlı kampaniyalara start verilib.
Rejissorlar dərnəyinin sədri Qazi Rakayet AFP-ə açıqlamasında aktyorların işsizlikdən əziyyət çəkdiyini söyləyib:
"Hər şey Sultan Süleymanla başladı. Bu serial minlərlə aktyora mənfi təsir göstərdi. Bir çox film şirkətləri bağlandı. Aktyorların illik itkisi təxminən 8 milyon dollar oldu”.
Bundan əlavə, serialdakı hərəmxanaların ailə dəyərlərinə zidd olduğunu, bu səbəbdən boşanmaların sayının artdığını iddia ediblər./qafqazinfo.az/
MediaFax