Salvador Dalinin "Profildən fiqura” əsəri Londonda Bonhams hərracında təxminən 2 milyon funta satılıb.
1925-ci ildə çəkilən bu portretdə rəssam bacısı Ana Mariyanı təsvir edib.
Dali bu əsəri bacısına münasibətləri korlananadək verib. 1942-ci ildə Salvador Dali öz ömür yolunu yazıb və bu bacısının xoşuna gəlməyib. 1949-cu ildə isə Ana Mariya öz memuarını nəşr etdirib.

O, bunu lotun indiki sahibinə hədiyyə edib. Əsəri 8000 min funtdan 1,2 milyon funtadək qiymətləndiriblər. Onun yekun qiyməti isə 1,8 milyon funt olub./report.az/
MediaFax