Məşhur rejissorun Azərbaycana 4 milyon dollar borcu var

Məşhur rusiyalı kinoprodüser və rejissor, ABŞ Kinoakademiyasının üzvü, Ukraynanın "1+1” telekanalının təsisçisi Aleksandr Rodyanski Azərbaycanın "Aqrakredit” bankına 4 milyon dollar və 290 milyon rubl borcludur.
 
Borcunu vaxtında geri qaytara bilmədiyi üçün Rodyanskinin başçılıq etdiyi "Non stop Prodakşn” şirkətinin 49%-i Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini üzərində cəmləşdirən "Aqrakredit” bankının hesabına keçib. Prosedur Lüksemburqun "Excalibur” şirkətinin vasitəçliyi ilə baş tutub.
 
"Non stop Prodakşn” şirkətininin strukturlarından borc vəsaitini effektiv şəkildə geri almaq üçün "Aqrakredit” bankı Rusiyanın "Vretikal-kapital” şirkəti ilə müqavilə imzalayıb.

Aleksandr Rodyanski 4 qat "Qızıl qartal”, 4 qat "Nika” və s. mükafatların laureatıdır./modern.az/

MediaFax