"O səs Yunanıstan” layihəsini həyata keçirən Acun Ilıcalı gələcək planlarından danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, məşhur prodüser bundan sonrakı hədəfinin İngiltərə və Almaniya olduğunu söyləyib. 2 ilə yaxındır üzərində çalışdığı "O səs Yunanıstan” proyekti ilə tamaşaçıların qarşısına çıxan Ilıcalı təəssüratlarını bölüşüb: "Yunan xalqını ekrana bağlayan türk olmağı xəyal edirəm. Bu qüruru yaşamaq istəyirəm".
Layihələrinin türk serialları kimi xaricdə uğur qazanmasını istədiyini bildirən prodüser Rumıniya və Azərbaycandan təklif aldığını ifadə edib./musavat.com/
MediaFax