Məşhur klubda ciddi itki

"Real”ın müdafiəçisi Rafael Varan sıradan çıxıb.
 
Fransa millisinin üzvü "Valensiya”ya qarşı La Liqanın XVI turundan təxirə salınmış görüşdə ayağından xəsarət alıb.

Oyunun 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən 23 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. İlkin tibbi müayinədən sonra onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 

Qeyd edək ki, "Valensiya”ya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, "Real” liderliyini qoruyub./qafqazinfo.az/

MediaFax