Məşhur hərəkat dağıldı

Ukraynanın məşhur Femen hərəkatı fəaliyyətini dayandırıb.
 
Bunu "Apostrof” informasiya portalına açıqlamasında "Femen”in üzvü Yana Jdanova söyləyib.

"Hər kəs artıq ayrılıb. Əvvəlki komanda yoxdur. Ayrı-ayrı ölkələrdə aksiyalar keçirilir, amma bunların "Femen”lə əlaqəsi az olur. Təşkilat 2015-ci ildə dağılmağa başlayıb. Həmin ildən etibarən bizim aramızda qondarma liderlər peyda olmağa başladı”, – deyə o bildirib.

Qeyd edək ki, Femen hərəkatı Ukraynada yaradılıb. Bu hərəkatın nümayəndələri öz etirazlarını diqqətə çatdırmaqdan ötrü bədənlərindən istifadə edirdilər.

Hərəkatın əsası 2008-ci ildə qoyulub. Əvvəllər Kiyevdə aksiyalar keçirən hərəkat 2012-ci ildən Avropa ölkələrində aktivləşməyə başlayıb. Hərəkatın yaradıcısı və rəhbəri Anna Quçol hesab edilir./axar.az/
MediaFax