Məşhur futbolçunun anası dilənçilik edir

"Mançester Siti"nin ispan hücumçusu Nolito həftədə 100 min funt sterlinq qazansa da, anasına kömək etmir.

Alkoqolizmə meyilli olan futbolçunun anasının da 20 ildi narkotik asılılığından əziyyət çəkdiyi deyilir. 

Rosiya Aquda Dyuran şikayətlənir ki, oğlu yaxşı pul qazansa da, ona kömək etmir, dilənməyə və çirkab içində yaşamağa məcbur edir: "Oğlum mənə baxmır. Məni dilənməyə məcbur edir”.

Nənə və babasının himayəsində böyüdüyünü qeyd edən Nolito isə bildirib ki, anası onu ancaq pul lazım olanda yada salır./qafqazinfo.az/

MediaFax